Qərbin silahları Ukraynaya kömək etməyəcək, çünki… – Conson

“Ukrayna münaqişəni davam etdirmək iqtidarında deyil. Vaşinqton Kiyevə daha çox silah versə belə, onlardan istifadə edə bilməyəcək, çünki Ukrayna qoşunlarının sıralarında əsgərlər tükənir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.

O qeyd edib ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və Pentaqon rəhbəri Lloyd Ostinin Kiyevə son səfərləri formal xarakter daşıyır, çünki Qərbin dəstəyi Ukrayna Silahlı Qüvvələrinin qələbə qazanmasına kömək etməyəcək.

Mövcud vəziyyət Ukrayna Prezidenti Volodimir Zelenski üçün ciddi problemlər yaradır. Orduda əsgər sayının azalması onu ölkədə səfərbərliyi gücləndirməyə məcbur edir, bu isə vətəndaşların narazılığına səbəb olur.

Safura Bənnayeva
Globalinfo.az