Qərbi Azərbaycanın tarixi ilə bağlı kitabın II cildi təqdim edildi – FOTO

“Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildinin təqdimat mərasimi keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli və ölkənin ictimai-siyasi xadimləri, deputatlar, tarixçi alimlər və media mənsubları iştirak edib.

Mərasimdə açılış nitqi ilə çıxış edən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Azərbaycanın Vətən müharibəsindəki şanlı Zəfərinə, həmçinin 15 oktyabrda Prezident İlham Əliyev tərəfindən Xankəndidə Azərbaycan bayrağının ucaldılmasının tarixiliyi məsələsinə toxunub.

Daha sonra Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli və digər qonaqlar çıxışlar edərək Azərbaycanın qərbi Azərbaycana dönüşü məsələsi, həmçinin sözügedən kitabla bağlı fikirlərini qeyd ediblər.

Qeyd edək ki, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların maddi-mədəni irsinin dəyərli nümunələri olan 144 müxtəlif mənşəli abidəyə yer verilib. Kitabda 144 abidənin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun onların reyestri verilib.

Kitabda 22 məbəd, 20 qala, 18 qayaüstü təsvirlər/qədim yaşayış məskənləri, 11 Pir/ocaq/ziyarətgah, 11 qəbirüstü abidə, 10 türbə, 9 daşüstü kitabə, 8 məcid, 6 karvansara, 6 körpü, 5 arxeoloji abidə, 4 qəbirüstü heykəl, 4 dini məktəb, 3 günbəz, 3 etnoqrafik arxeoloji abidə, 3 mədrəsə, 1 məhəllə haqqında məlumat verilib. Ermənilər tərəfindən bu abidələrin 76-sı mənimsənilib, 44-ü xaraba qalıb, 24-ü isə tamamilə dağıdılıb.

Tədqiqatda bu günə qədər çox az bilinən 144 tarixi abidə haqqında məlumatı ehtiva edən kitabda müxtəlif qrafalarda verilən informasiya xarakterli materiallar konkret və lakonik şəkildə çatdırılır. Burada abidələrin tarixi, təsnifatı, növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında qısa məlumat – abidənin təsviri, ölçüləri və tarixi haqqında faktlar öz əksini tapır. Kitabın dəyərini artıran məsələlərdən biri də istifadə edilmiş zəngin ədəbiyyat siyahısıdır. Hər fakt tutarlı istinadlara əsaslanaraq kitabın elmi sanbalını artırır. Abidələr haqqında tarixi və elmi araşdırmaların hələ yetərincə olmadığını nəzərə alsaq, kitab gələcək tədqiqatlara cəlb edilməsi vacib olan məsələlərə yol açmaq kimi təşəbbüs ortaya qoyur.

“Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində Qərbi Azərbaycandakı maddi mədəniyyət abidələrimizin böyük bir hissəsi haqqında məlumat əldə etmək imkanı yaradır. Kitabda 144 abidə tədqiq edilərək müvafiq xüsusiyyətlərinə görə təsnifləşdirilib. Burada öz əksini tapan maddi-mədəni abidənin hər birinin adı, tarixi, yerləşmə yeri (əvvəlki toponim/sonrakı toponim), təsnifatı, növü-təyinatı, əhəmiyyəti, mövcud vəziyyəti haqda informasiya əldə etmək və hər abidə haqqında qısa məlumatlarla tanış olmaq mümkündür. Olduqca mühüm tarixi, milli və mənəvi əhəmiyyət kəsb edən tədqiqatın nəticəsi olan bu kitab indiki Ermənistan ərazisindəki azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesinin bugünkü – cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan yaradır və məsələnin nə qədər mühüm əhəmiyyətə malik olduğunu daha əyani şəkildə ictimaiyyətə çatdırır.

Qərbi Azərbaycanın tarixi ilə bağlı kitabın II cildi təqdim edilib - FOTO Qərbi Azərbaycanın tarixi ilə bağlı kitabın II cildi təqdim edilib - FOTO Qərbi Azərbaycanın tarixi ilə bağlı kitabın II cildi təqdim edilib - FOTO Qərbi Azərbaycanın tarixi ilə bağlı kitabın II cildi təqdim edilib - FOTO Qərbi Azərbaycanın tarixi ilə bağlı kitabın II cildi təqdim edilib - FOTO Qərbi Azərbaycanın tarixi ilə bağlı kitabın II cildi təqdim edilib - FOTO Qərbi Azərbaycanın tarixi ilə bağlı kitabın II cildi təqdim edilib - FOTO Qərbi Azərbaycanın tarixi ilə bağlı kitabın II cildi təqdim edilib - FOTO Qərbi Azərbaycanın tarixi ilə bağlı kitabın II cildi təqdim edilib - FOTO