“Qərbi Azərbaycana doğru – Vətən bizi səsləyir”

Azərbaycan Dövlət Pedaqoji Universitetində Qərbi Azərbaycanın Dərələyəz ma­halının Keşkənd və Paşalı icmalarının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Qərbi Azərbaycana doğru – Vətən bizi səsləyir” adlı ümumpespublika konfransı keçirilib.

Məclisdən əvvəl universitetin filologi­ya fakültəsinin hazırladığı iki hissədən ibarət “Zəfər guşəsi”nin açılışı olub. Bi­rinci hissədə Pedaqoji Universitetin Qa­rabağda şəhidlik zirvəsinə ucalmış tələ­bə və məzunlarının hünəri yer alıb. İkinci hissədə isə Şuşanın işğaldan azad edil­məsini və xalqımızın möhtəşəm “Dəmir yumruq” birliyini əks etdirən kompozi­siya təqdim olunub. Konfrans iştirakçıları universitetin foyesində Qərbi Azərbaycan mədəniyyətini və folklorunu, eləcə də ta­rixi abidələrini əks etdirən fotolarla, kitab sərgisi ilə də tanış olublar.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin dekanı, Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma rəhbəri, professor Mahirə Hüsey­nova konfransı açıq elan edərək Qərbi Azərbaycan İcmasının tarixi torpaqla­rımız uğrunda mübarizəsinin dövlət və ümumxalq dəstəyi ilə qarşılanmasının önəmini vurğulayıb.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyevin yaratdığı bünöv­rə üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz gücü hesabına ərazi bütövlüyünü və suve­renliyini bərpa etdi. Bu gün isə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də İcma­nın yeni inzibati binasındakı nitqində Qərbi azərbaycanlıların tarixi Vətənlə­rinə qayıdışı üçün Azərbaycan dövləti­nin köməyinə arxalana biləcəyini bəyan edib. Dövlət başçısının həmin görüşdə qarşıya qoyduğu vəzifələr Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı “1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasi­yası haqqında” fərmandan irəli gələn hə­dəfləri gündəmə gətirdi.

Konfransda ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya fa­kültəsinin dekanı, Dərələyəz mahalı Keş­kənd rayonu üzrə icma rəhbəri, professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü Abel Məhərrəmov, deputatlar Hikmət Baba­oğlu, Musa Quliyev, Fəzail Ağamalı, Mə­lahət İbrahimqızı və digər natiqlər əzəli torpaqlarımıza qayıdışla bağlı kütləvi maarifləndirmə tədbirlərinin keçirilməsi­nin əhəmiyyətini vurğulayıblar.

Konfrans bədii hissə və Qərbi Azər­baycanla bağlı videoçarxın nümayişi ilə sona yetib.