Ermənistan hökuməti öz xarici siyasətində qərbyönlü doktrinanı saxlayır.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
“Əgər Ermənistan Qərbdən hansısa üstünlük alsaydı, bu mövqeni müzakirə etmək olardı. Lakin hökumətin başçısı deyir ki, Qərb bizə zəmanət vermir. Rusiya ilə münasibətlərimizin dağılmasından sonra biz fəlakətə və tam məhvə yaxınlaşmışıq” – o bildirib.
Xaçikyan Ermənsitanda olan avropalı müşahidəçilərin ölkəyə heç nə qazandırmadığını deyib:
“Onlar hər şeyi məhv ediblər. Həm Rusiya ilə, həm Qərblə, həm Türkiyə ilə münasibətləri yox etdilər. Ermənistandan Türkiyəyə humanitar yardım, dostluq haqqında sözlər hakimiyyətdə ekstaz yaratsa da, onlar bunu da uğursuzluğa düçar etdilər”.
İlkin Həsənov
Globalinfo.az