gvUTHfKD7rT5A291IWmG

“Qərb Ermənistandan Avropa İttifaqına üzvlük şərtlərini yerinə yetirməyi tələb edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, Qərb Avropa ittifaqına qoşulmaq üçün Ermənistan rəhbərliyindən nə isə tələb edəcək.

“Avropalıların arxasında amerikalılar dayanır. Amerikasız bu gün Qərbdə heç bir iş görülmür. Ona görə də onlar Ermənistanı dövriyyəyə buraxdılar”.

Lukaşenko Ermənistanla Belarus arasındakı münasibətlərdən də danışıb. O bildirib ki, Ermənistan rəhbərliyinin ilk “hücum”ları Belarusa olub.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: