Mən baş nazir olanda dedim ki, Türkiyə… – Baqratyan

“Baş nazir olduğum zamanlar Qərb mənə deyirdi ki, Ermənistandan İrana gedən yolu bağlayın”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.

O bildirib ki, Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir, İrəvanın maraqlarına fikir vermir:

“Mənə deyirdilər ki, gəl İrana gedən yolu bağlayaq. Mən də dedim ki, yox, bacarırsınızsa, Türkiyə ilə sərhədimizi açın. Qərb Ermənistanın düşməni deyil, Rusiyanın düşmənidir. Ona görə də Rusiyanı məğlub etmək üçün faktiki olaraq Ermənistandan yapışır. İrəvanın maraqları onları düşündürmür. Qərbdə bizim də dostlarımız var, bəziləri ilə strateji münasibətlərimiz mövcuddur, amma bu, ümumi tendensiyanı dəyişmir”.

Ayşən Mustafa
Globalinfo.az