1679308703 1

Tehranın cümə imamı Əhməd Xatəmi bu günkü xütbəsində İsraili sərt şəkildə hədələyib.

Globalinfo.az xəbər verir ki, o, İran raketlərinin Təl-Əvivi məhv etməyə qadir olduğunu deyib.

“İlahi qələbə həmişə düşməni fiziki olaraq məğlub etmək demək deyil. Bəzən bu, onun qəlbində qorxu yaratmaqla da əldə oluna bilər”, – deyə o, xütbə zamanı qeyd edib.

Xatəmi əlavə edib ki, İran xalqı son 12 günlük müharibə ərzində yekdillik nümayiş etdirərək düşmənə qarşı qətiyyətli mövqe ortaya qoyub.

Tahir Turan
Globalinfo.az

Paylaş: