“Qələbə planı”nın gizli bəndləri ifşa olundu: Yeni tələblər

WhatsApp Image 2023 08 17 at 10.21.56

Ukrayna Prezidenti Volodimir Zelenski parlamentdə “Qələbə planı”nın açıqladığı 5 bəndi ilə yanaşı, məxfi maddələrin olduğunu, bunları Vaşinqton və Avropadakı müttəfiqlərinə təqdim etdiyini bildirmişdi. ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” jurnalı həmin gizli bəndlərlə bağlı məqalə yayımlayıb.

Məqalədə Zelenskinin ABŞ-dan “Tomahawk” raketlərini istədiyi qeyd olunur. Məlumatı qəzetə ötürən adı açıqlanmayan ABŞ rəsmisi həmin raketlərin Ukraynaya verilə bilməyəcəyini söyləyib.

Nəşr yazır ki, Volodimir Zelenski ABŞ Konqresinin Ukraynaya hərbi yardım məqsədilə ayırdığı vəsaitin cəmi 10 faizinin ödənməsindən narazıdır.

Gizli bəndləri nüfuzlu nəşrə Ağ Ev necə sızdırılıb? ABŞ hökumətinin bunu etməkdə məqsədi nədir?

Globalinfo.az-a danışan politoloq Teymur Qasımov deyib ki, Zelenskinin parlamentdə açıqladığı “Qələbə planı”nı uğurlu ola bilərdi:

“Lakin bu plan qəbul edilmədi. İlk vaxtlar sənəd məxfi saxlanılsa da, son günlər müəyyən detalları açıqlanır. Əslində qəbul edilməməsi bu baxımdan anlaşılandır. Həmin təklifə görə, Qərb ölkələri Kiyevə hərbi yardım göndərməli, qüvvələri Ukrayna ordusu tərkibində Rusiyaya qarşı döyüşməli idilər. Plan çox risklidir və rahatlıqla ifşa oluna bilər. Buna görə də qəbul edilmədi. Digər tərəfdən Qərb Kremlin bu planı aşkarlamasından narahat idi”.

teymur qasimli esas
Teymur Qasımlı

Politoloqun sözlərinə görə,  ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi qeyd olunan təklifin reallaşması mümkünsüzdür:

“Vaşinqton seçki öncəsi belə riskli planları qəbul etməz. Doğrudur, ABŞ, Böyük Britaniya müharibənin uzanmasını istəsə də, digər tərəfdən indiki məqamda prosesin genişlənməsini istəmir.

Avropada müharibənin uzanmasından narahat olan ölkələr var. Xüsusilə Almaniya bu məsələ ilə bağlı artıq etirazlarını səsləndirir. Berlin Ukraynaya göstərilən dəstəyi doğru hesab etmir. Buna görə də “Qələbə planı”nı dəstəkləmir”.

Turan Rzayev
Globalinfo.az