Elvin Mahmudzadə həbs edildi – YENİLƏNİB

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə istintaqa cəlb olunub.

Globalinfo.az xəbər verir ki, birlik sədri Vətən müharibəsi iştirakçısının şikayəti əsasında saxlanılıb.

Elvin Mahmudzadə qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***17:59

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə saxlanılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, birlik sədri bir neçə Vətən müharibəsi iştirakçısının şikayəti əsasında istintaqa cəlb edilib. O, qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün ərzində onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.