Qatarla Qəbələyə gedənlərə xoş xəbər

6822032c1d9b96822032c1d9ba17470595006822032c1d9b76822032c1d9b8

Azərbaycan Dəmir Yolları (ADY) QSC yay aylarında Qəbələyə rahat və təhlükəsiz səyahət imkanlarını artırır.

Globalinfo.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Belə ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcəklər.