ll 2

“Regional təhlükəsizlik bir-biri ilə əlaqəli xarakter daşıyır və atəşkəs yalnız məhdud ikitərəfli razılaşma kimi deyil, bütün regionda, o cümlədən Livanda gərginliyin azaldılmasına yönəlmiş daha geniş prosesin bir hissəsi kimi qiymətləndirilir. Bu baxımdan, Livana qarşı hər hansı hücumların davam etməsi bu anlaşmanın pozulması kimi dəyərləndirilə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu APA-ya müsahibəsində deyib.

O qeyd edib ki, İranın yanaşması yalnız çəkindiriciliklə məhdudlaşmır və şərait dəyişdikdə cavab səviyyəsini tənzimləmək və artırmaq imkanı da mövcuddur.

“Biz heç vaxt müharibəni başlatmamışıq: həm iyun ayında, həm də 28 fevralda danışıqlar ortasında hücuma məruz qalmışıq. Hazırda da qarşı tərəfə etibar olmasa da, danışıqlara hazırıq, lakin müdafiə gücünün artırılması da nəzərdə tutulur. Son müharibədə olduğu kimi, İranın müdafiə gücü iyun ayındakından üstün idi və yeni müharibə halında İran mütləq daha sərt cavab verəcək”, – səfir əlavə edib.

Paylaş: