Qardaş ölkədə zəlzələdə ölənlərin sayı 17 600-ü keçdi – YENİLƏNİB

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 674 nəfərə çatıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

Yaralıların son açıqlanan sayı isə 72 879 nəfərdir.

Dağılan binaların sayı 6 444 təşkil edir.

***

Zəlzələ nəticəsində bu ana qədər 17 406 nəfər həlak olub, 71 866 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahreddin Koca məlumat verib.

Zəlzələdə yaralananların sayı 71866 nəfərdir.

Dağılan bina sayı isə 6 444-dür.

***22:23

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, zəlzələdə yaralananların sayı 70 347 nəfərdir.

Dağılan bina sayı isə 6 444-dür.

***19:35

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə zəlzələ bölgəsində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 66 132 nəfərdir.

Dağılan bina sayı isə 6 444-dür.

***17:52

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 170 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə zəlzələ bölgəsində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 64 194 nəfərdir.

Dağılan bina sayı isə 6 444-dür.

***15:28

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 351 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 63 794 nəfərdir.

***14:25

“14 min 14 nəfər zəlzələ nəticəsində həlak olub”. 

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə çıxışında deyib.

O bildirib ki, 64794 isə yaralanəb: “Axtarış- xilasetmə tədbirləri davam edir”.

***10:00

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.

***07:27

Türkiyədə zəlzələdə ölənlərin sayı 12391 nəfərə çatıb, 62914 nəfər isə yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.