İran Prezidenti Məsud Pezeşkian özünə sosial məsələlər üzrə yeni müavin təyin edib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Pezeşkian bu vəzifəyə Əli Rabiinin gətirilməsi üçün fərman verib.
“Rabii prezident üçün “səssizlərin səsi” olmalıdır” – deyə, fərmanda bildirilir.
Qeyd edək ki, Rabii bundan əvvəl 2019-2021-ci illərdə İran hökumətinin sözçüsü, 2013-2018-ci illərdə İranın kooparativlər əmək və sosial təminat naziri vəzifələrində çalışıb.