Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir İran rəsmilərini husilərin Səudiyyə Ərəbistanına hücumlarının qarşısını almağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri yazıb.
“Pakistan rəsmiləri Tehrana bildiriblər ki, Səudiyyə Ərəbistanı “Məkkə sazişi”nə əsasən rəsmi müraciət edərsə, İslamabad ölkənin müdafiəsi üçün tədbir görməyə məcbur qala bilər”, – FT qeyd edib.
Məlumata görə, hazırda nə Ər-Riyad, nə də husilər danışıqlara hazırdır.
Əliyar Xəlil
Globalinfo.az