Krımın Rusiya tərəfindən təyin olunmuş rəhbəri Sergey Aksyonov özünə qarşı çoxsaylı sui-qəsd cəhdlərinin hazırlandığını bildirib.
Globalinfo.az xəbər verir ki, Aksyonov “Krım 24” telekanalına açıqlamasında Ukrayna xüsusi xidmət orqanlarının onun həyatına qarşı bir neçə sui-qəsd planı hazırladığını iddia edib.
“Mənə qarşı nə qədər sui-qəsd planı qurduqlarını saya bilmədim”, – deyə Aksyonov bildirib.
O, həmçinin Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq edən şəxslərin məsuliyyətə cəlb olunacağını deyib. Aksyonov bu şəxslərin fəaliyyətlərinin nəticələrinin ağır olacağını və onların “yolunun qısa” olduğunu bildirib.
Tahir Turan
Globalinfo.az