Ermənistanın keçmiş baş naziri Ovik Abrahamyanın qardaşı Henrik Abrahamyan saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Bildirilib ki, Abrahamyan bir vəzifəli şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, belə bir əmələ kömək etməsi və təhrik etməsi, vəzifə saxtakarlığı törətməsi və saxta sənəddən istifadə ittihamları əsasında aparılan cinayət işi çərçivəsində istintaqa cəlb edilib.
Qeyd edək ki, H.Abrahamyanın adı daha əvvəllər də cinayət işlərində hallanıb və həbs cəzasına məhkum olunub.
Əliyar Xəlil
Globalinfo.az