
Rusiyanın Omsk şəhərində bağbanlara limona alternativ olaraq yapon henomelesini yetişdirmək tövsiyə olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Omsk Dövlət Aqrar Universitetinin tədris-təcrübə təsərrüfatının direktoru, kənd təsərrüfatı elmləri namizədi Vladimir Kumpan danışıb.
Mütəxəssisin sözlərinə görə, henomeles həm dekorativ, həm də meyvə verən koldur. Onun meyvələrinin kimyəvi tərkibi limona yaxın olsa da, turşuluğu daha yüksəkdir:
“Bitkinin meyvələrindən müxtəlif məqsədlərlə istifadə etmək mümkündür. Belə ki, onu çaya əlavə etmək, marinad hazırlamaq, pastila və müxtəlif içkilər hazırlamaq olar.
Henomelesə “yapon heyvası” da deyilir. Bitki əsasən günəşli ərazilərdə yaxşı inkişaf edir və yaz aylarında çəhrayı-qırmızı rəngli çiçəkləri ilə diqqət çəkir. Meyvələri isə payızda yetişir. Bir meyvənin orta çəkisi 30-40 qram təşkil edir”.
Kumpan Sibir iqlimində bu bitkini yetişdirmək istəyənlərə alçaqboylu və ya sürünən formaları seçməyi məsləhət görüb. Hündürlüyü bir metrədək olan belə bitkilərin qışda qar altında saxlanılması tövsiyə olunur.
Mütəxəssis qeyd edib ki, Rusiyanın cənub bölgələrində isə henomeles daha böyük ölçülərə çata və üç metrədək böyüyə bilər.
Safura Bənnayeva
Globalinfo.az