afra-saracoglu-da-saxlanildi

Türkiyəli məşhur aktrisa Afra Saraçoğlu və idman jurnalisti Yağız Sabuncuoğlu narkotik istintaqı çərçivəsində saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İstintaq çərçivəsində narkotik və psixotrop maddələrdən istifadə, istifadəyə şərait yaratma və bu məqsədlə yer təmin etmə ilə bağlı şübhələr araşdırılır.

Qeyd edək ki, araşdırma üzrə 18 nəfər barəsində saxlanılma, axtarış və bioloji nümunələrin götürülməsi ilə bağlı göstəriş verilib. Saxlanılanlar arasında aktyor Aras Bulut İynemli, müğənni Sefo, aktrisa Melis Sezen, Nilperi Şahinkaya və keçmiş futbolçu Hasan Şaşın da olduğu bildirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: