Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə Globalinfo.az-a FHN-nin mətbuat xidmətimdən məlumat verilib.
Bildirilib ki, hazırkı vaxtadək helikopterlər 60 atış, 150 ton su istifadə edib.
Yanğınsöndürmə işləri davam etdirilir.
***10:39
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Globalinfo.az bildirir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***10:00
Lökbatan qəsəbəsindəki anbarda yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***09:39
Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən yanğında mayın 12-si saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
***09:19
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.






***08:44
Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş verən yanğınla mübarizə tədbirləri davam etdirilir.
Globalinfo.az bildirir ki, hadisə nəticəsində xəsarət alan yoxdur.
***08:20
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, fövqəladə hallar naziri general–polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
***07:58
Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarda baş verən yanğınla mübarizə davam edir. Əraziyə cəlb olunmuş qüvvələr yanğını söndürmək üçün lazımı tədbirlər görür.
Globalinfo.az xəbər verir ki, əraziyə cəlb olunmuş qüvvələr yanğınla mübarizəni davam etdirir. Yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub.
İlkin məlumata görə hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.
X X X
Paytaxtın Qaradağ rayonunda yerləşən anbarlar müxtəlif şirkətlərə aiddir.
Hazırda kabel xətlərinin yerləşdiyi hissədə güclü yanğın müşahidə edilir.
Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində başlayan yanğının ilkin səbəbi məlum olub.
İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində yaranan qısaqapanma olub.
Qeyd edək ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdilir. Əraziyə xeyli sayda canlı qüvvə və texnika cəlb edilib.
***07:02
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
X X X
Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə və xilasetmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
X X X
Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarlardan birində güclü yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə yerinə çoxsaylı yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
X X X
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayın.
Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.







