Qarabağdakı qondarma rejim özünü buraxdığını elan etdi – SON DƏQİQƏ

Qarabağdakı qondarma rejim özünü buraxdığını elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə qondarma rejimin “lideri” Samvel Şahramanyan “fərman” imzalayıb.

“Fərmanda” deyilir:

1. 2024-cü il yanvarın 1-dək “artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “artsax respublikası”nın mövcudluğu dayandırılsın;

2. Qarabağın erməni əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşən əhali bu “fərman” qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

Bu “fərman” dərc edildikdən dərhal sonra qüvvəyə minir”.

Sənəddə Azərbaycan Konstitusiyasına uyğun olaraq silahı yerə qoyan şəxslər və mülki ermənilərin Laçın yolundan sərbəst keçidi təmin ediləcək.

Ayşən Mustafa
Globalinfo.az