ferid sefiyev 1 1 900x662 1

“Qarabağda törədilən urbisid (şəhərin məhv edilməsi) digər analoji nümunələrdən fərqli olaraq, hərbi əməliyyatlar başa çatdıqdan sonra planlı və sistemli şəkildə davam etdirilib. Burada məqsəd təkcə şəhər və kəndləri dağıtmaq olmayıb, eyni zamanda azərbaycanlıların doğma torpaqlarına qayıdışını əngəlləmək, bölgənin tarixi-mədəni yaddaşını silmək idi”.

Globalinfo.az xəbər verir ki, bunu WUF13 çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi urbisid və onun nəticələrinə həsr olunmuş panel sessiyasında BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O, ATƏT-in 2005-ci il Faktaraşdırıcı Missiyasının hesabatına istinad edərək bildirib ki, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və digər rayonlar tamamilə viran qoyulub, yaşayış məntəqələri talan edilib, hətta tikinti materialları belə sökülərək ərazilərdən aparılıb.

Fərid Şəfiyev qeyd edib ki, urbisidin əsas elementləri fiziki dağıntılar, etnik təmizləmə siyasəti və şəhərlərin mədəni kimliyinin dəyişdirilməsidir: 

“Xüsusilə Ermənistan üçün strateji hesab olunan Laçın və Kəlbəcər rayonlarında məqsədli məskunlaşdırma siyasəti aparılıb”.

Ləman İmran
Globalinfo.az

Paylaş: