Qarabağda keçirilən antiterror əməliyyatlarının Ermənistana aidiyyəti yoxdur – Ərdoğan

“Qarabağda baş verənlərin Ermənistan dövləti və Nikol Paşinyanla əlaqəsi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda həyata keçirilən antiterror əməliyyatlarına münasibət bildirərkən ə deyib.

R.T.Ərdoğan baş verənlərin sadəcə Qarabağdakı qondarma rejimlə əlaqəli olduğunu bildirib:

“Bu, Qarabağdakı separatçılarla əlaqəli bir məsələdir. Onların özlərinə məxsus şəkildə “seçkilər” keçirməsi həm Azərbaycanı, həm də Nikol Paşinyanı narahat etdi. Separatçılara xəbərdarlıq edildi, ancaq onlar fikir vermədilər. Azərbaycan da nəticədə lazımı addımı atdı. Mənə Azərbaycanın 90 mövqeyə nəzarəti bərpa etdiyi bildirildi. Elə bu onların işini bitirmiş oldu. Daha sonra da silah, texnika və s. avadanlıqları təhvil verəcəklərini dedilər”.

“Müdafə nazirimiz də daimi əlaqə saxladı. Bu gün mən də qardaşım İlham Əliyevlə danışdım. O, BMT-dəki çıxışıma görə mənə təşəkkür etdi. Həm də Qarabağda artıq separatçıların nəfəs ala bilməcəyəklərini, işin bitdiyini, heç bir problemin olmadığını qeyd etdi”, – deyə Ərdoğan bildirib.

Ayşən Mustafa 

Globalinfo.az