“Ermənistanın silahlı qüvvələri əvvəlkitək Azərbaycanın Qarabağ iqtisadi regionunda qalırlar”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Hesab edirəm ki, bu amil Azərbaycanı Qarabağda hərbi əməliyyatlara sövq edir. Azərbaycan üçün daha effektiv ssenari ilə Qarabağda tam təhlükəsizliyə nail olmaq buradakı erməni silahlı qüvvələrinə qarşı dəqiq hərbi əməliyyat keçirməkdir. Ermənistanın hər silahlı təxribatına qarşı “Qisas” əməliyyatı keçirmək ən effektiv ssenari olacaq”, – o qeyd edib.
Tamerlan Yayaqan
Globalinfo.az