Ermənistan parlamentində “Zinapah” hərbi portalında 44 günlük müharibə və sonrakı toqquşmalarda ölən erməni hərbçilərlə bağlı məlumatların tam əks olunmaması barədə müzakirə aparılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyan parlamentdə çıxışı zamanı danışıb.
O bildirib ki, 2022-ci il sentyabrın 13-14-də baş verən döyüşlərdə həlak olan 264 erməni hərbçinin adları “Zinapah”da tam şəkildə təqdim edilməyib.
Manukyanın sözlərinə görə, 2023-cü il sentyabrın 19-20-də Qarabağda baş verən hadisələr zamanı ölən şəxslərlə bağlı məlumatların da tam siyahısı ictimaiyyətə açıqlanmayıb. Deputat Ermənistan Müdafiə Nazirliyinin bu məlumatları ona təqdim etdiyini, lakin siyahının məxfi saxlanıldığını iddia edib.
“Müharibə və toqquşmalardan sonra yekun itki sayına gəldikdə, dəhşətli bir şey baş verir: itkilərin bir qismi siyahıya salınmır.
İndi daha pis bir yerə çatmışıq: Ermənistan Müdafiə Nazirliyi artıq hərbçisinin qəfil ölümü, intiharı, qətl, bədbəxt hadisə barədə də məlumat vermir”, – deyə G.Manukyan bildirib.
Tahir Turan
Globalinfo.az