63b9a66f05c0d63b9a66f05c0e167311115163b9a66f05c0963b9a66f05c0b

Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7851 nəfər vətəndaşın səfəri təşkil olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter“ hesabında bildirib.

Qeyd edilib ki, Xüsusi nümayəndəlik tərəfindən təşkil olunan səfərlərdə 3751 nəfər iştirak edib.

Onlardan 3054 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər Füzuliyə səfər edib.

“Yolumuz Qarabağa” marşrutları vasitəsilə təşkil olunan vətəndaş səfərləri zamanı ümumi 123 reys həyata keçirilib.

Ümumi sərnişin sayı 4090 nəfər olub.

63b9a89f1a9ea63b9a89f1a9eb167311171063b9a89f1a9e863b9a89f1a9e9 63b9a89f29ab463b9a89f29ab5167311171063b9a89f29ab163b9a89f29ab3 63b9a89f0e54263b9a89f0e543167311171063b9a89f0e53f63b9a89f0e540 63b9a89eef9ce63b9a89eef9cf167311171063b9a89eef9ca63b9a89eef9cc

Paylaş: