
“Azərbaycanın İran və Rusiyanın yaxınlaşması ilə bağlı narahatlığı var”.
Globalinfo.az xəbər verir ki, bunu “Stratfor”un analitiki Metyu Or deyib.
O, İsrailin İrana zərbələrini də istisna etməyib:
“İsrail düşünə bilər ki, hazırda zərbəyə ehtiyac var. Məqsəd İranın nüvə silahı əldə etməsinə mane olmaqdır. İsrailin hazırkı rəhbərliyi hesab edir ki, Tramp administrasiyası onun niyyətinə mane olmayacaq”.
Metyu Orun sözlərinə görə, İsrailin İrana zərbəsi Tehranın Azərbaycana məhdudiyyətlər yaratmasının qarşısını alacaq.
O həmçinin Türkiyə və Rusiyanın Qafqazda irimiqyaslı eskalasiya istəmədiyini, olacağı halda Moskvanın müdaxilə etməyəcəyini bildirib. Or Trampın Cənubi Qafqazda dəhlizlərin inkişafına yatırım edəcəyini və bu işdə xüsusilə Türkiyənin mövqeyinin güclü olmasını dəstəkləyəcəyini söyləyib:
“Bu, region dövlətləri üçün ciddi imkandır. Ona görə ki nəticədə regionda balans yaranacaq və Rusiya, Çin və İrandan dövlətlər tam asılı olmayacaqlar”.
Əliyar Xəlil
Globalinfo.az