TUwADWXfeNGDy9GY8bxoO8OLXOG9reCnnELgJWau 1200

ABŞ və Avropa İttifaqı Ermənistan hökumətindən atom elektrik stansiyası ilə bağlı hələ də İrəvandakı hökumətin başa düşə bilmədiyi tələblər irəli sürür.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

Qəzet yazır ki, Ermənistanda yeganə AES Metsamordur və onu da Rusiya şirkəti istismar edir:

“ABŞ və Aİ Ermənistana nüvə-energetika proqramında dəstəyi onun Metsamor AES-i bağlamasından sonra yeni AES tikintisinin maliyyələşdirilməsi üçün pul ayıracaq. Yəni əvvəlcə köhnə bağlanmalıdır, amma yenisinin tikintisi üçün heç bir zəmanət yoxdur. Qərb israr edir ki, modul tipli atom elektrik stansiyası tikilsin. Bu isə praktiki olaraq mülki həyatda istifadə edilmir və daha çox hərbi bazalar üçün tikilir.

Son illər Azərbaycan və Türkiyə mütəmadi olaraq AES-in bağlanmasını tələb edir. Faktiki olaraq Qərb Paşinyandan onların növbəti tələbini yerinə yetirməyi tələb edir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: