6669b166715846669b1667158517182027266669b166715816669b16671583

“Qafqaz Qartalı – 2024” beynəlxalq təliminin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bağlanış mərasimində əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə canlarını fəda edən şəhidlərimizin ruhu ehtiramla yad edilib. Daha sonra hərbi orkestrin ifasında Azərbaycan, Türkiyə və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər keçirilən təlimlərin üç ölkənin iştirakçı hərbi qulluqçuları arasında təcrübə mübadiləsinin aparılmasına, döyüş hazırlığının yüksəldilməsinə töhfə verdiyini bildirib. Qeyd olunub ki, təlim müddətində xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacarıb, təlim dostluq, yoldaşlıq və qardaşlıq şəraitində keçirilib.

Çıxışlar bitdikdən sonra təlim zamanı fərqlənmiş hərbi qulluqçulara xatirə hədiyyələri təqdim olunub.

Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra, təntənəli konsert proqramı təqdim edilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin çıxışları böyük maraq və alqışlarla qarşılanıb.

6669b188b59c76669b188b59c817182027606669b188b59c56669b188b59c6 6669b166798ef6669b166798f017182027266669b166798ec6669b166798ed 6669b1666855f6669b1666856017182027266669b1666855c6669b1666855e 6669b13097cee6669b13097cef17182026726669b13097cec6669b13097ced

Paylaş: