piy

1-31 iyul tarixlərində Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınlar arasında piylənmənin qarşısının alınması” adlı layihəni uğurla həyata keçirib.

Globalinfo.az xəbər verir ki, layihə sağlam həyat tərzi, düzgün qidalanma və fiziki aktivlik sahəsində məlumatlılığı az olan qadınlar üçün nəzərdə tutulub və bu istiqamətdə maarifləndirici fəaliyyətlər həyata keçirilib.

Layihə çərçivəsində qadınlar arasında artmaqda olan piylənmə hallarının qarşısının alınması, sağlam həyat tərzinin təşviqi və geniş ictimai maarifləndirmə məqsədilə müxtəlif tədbirlər həyata keçirilib.

“Piylənmə yalnız estetik deyil, həm də ciddi sağlamlıq riskləri yaradan tibbi problemdir. Bu vəziyyət ürək-damar xəstəlikləri, şəkərli diabet, hormonal pozuntular və psixoloji çətinliklərə səbəb ola bilər. Qadınlarda isə xüsusilə reproduktiv sağlamlığa və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərir”, – deyə vurğulanıb.

Layihə çərçivəsində maarifləndirici məqalələr hazırlanıb, televiziya verilişləri çəkilmiş və ekspertlərin iştirakı ilə müsahibələr təqdim olunub. Bu tədbirlərin əsas məqsədi qadınlar arasında mövzu ilə bağlı ictimai şüurun artırılması və sağlam davranış modellərinin formalaşdırılmasına təkan vermək olub.

Paylaş: