Qadın beş yaşlı qızın sırğasını oğurladı

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, oktyabrın 5-də şəhərin 6-cı mikrorayonu ərazisində beş yaşlı qızın qızıl sırğası soyğunçuluq yolu ilə talanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb.