allahverdi yolcuyev 012

Aktyor Allahverdi Yolçuyev qatıldığı “Bir gün” verilişində vəsiyyətini açıqlayıb. O, böyük zəhmətlə tikdirdiyi evin övladları tərəfindən satılmamasını istəyib.

Globalinfo.az xəbər verir ki, Modern.az-a açıqlamasında sənətçi verilişdə səsləndirdiyi fikirlərin vəsiyyətdən daha çox tövsiyə xarakteri daşıdığını bildirib.

“30 il əvvəl evi satmaq istəyəndə həyat yoldaşım buna imkan vermədi. Dedi ki, evi niyə satırsan? Mən də ona haqq verdim. İndi də istəmirəm ki, övladlarım, nəvələrim sonradan evi satsınlar. Əslində, heç belə fikirləri də yoxdur. Böyük nəvəm 24 yaşındadır, uşaq kimidir. Qızlarımın da ümumiyyətlə belə bir fikirdə olduğunu düşünmürəm”, – deyə aktyor qeyd edib.

Allahverdi Yolçuyev səhhəti ilə bağlı da danışıb. O, hər şeyin qaydasında olduğunu, lakin Parkinson diaqnozunun davam etdiyini bildirib.

Qeyd edək ki, aktyor uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkir, 2024-cü ildə əməliyyat olunub.

Paylaş: