Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşün mümkün olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Belə bir görüş mümkündür. Hər halda, aramızda müzakirələr və təmaslar mütləq olacaq”, – deyə Paşinyan bildirib.
Siyasətçilər iyulun 27-də telefon danışığı apararaq Ermənistanın xarici siyasətdə gələcək istiqamətlərini və ikitərəfli ticarət münasibətlərini müzakirə ediblər. Paşinyan Putinlə söhbətini “uğurlu” adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az