06a20000 0aff 0242 bd83 08db0bf40e53 w1023 r1 s

“ABŞ Rusiyanın nüvə qüvvələrini diqqətlə izləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, ABŞ öz nüvə qüvvələrinin döyüş hazırlığı səviyyəsini artırmağı düşünmür.

“Birləşmiş Ştatlar Rusiyanın nüvə qüvvələrini diqqətlə izləyir. Amma indi rəsmi Vaşinqton nüvə qüvvələrinin döyüş hazırlığı səviyyəsini artırmağa məcbur edəcək heç bir təhlükə görmür. Vaşinqton Rusiya rəsmilərinin nüvə məsələlərinə dair bütün bəyanatlarını, o cümlədən Vladimir Putinin çıxışlarını izləyir və onlara çox ciddi yanaşır”, – deyə Kirbi vurğulayıb.

Xatırladaq ki, Vladimir Putin jurnalist Dmitri Kiselevə müsahibəsində Rusiyanın mövcudluğuna təhlükə yarandığı, onun suverenliyinə və müstəqilliyinə zərər verildiyi halda nüvə silahından istifadənin mümkünlüyünü açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

 

Paylaş: