Putindən Kadırova JEST: Çeçenistan lideri necə mükafatlandırıldı?

Putin Kadırovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Globalinfo.az xəbər verir ki, Putin bununla bağlı müvafiq sərəncam imzalayıb.

Mükafat Çeçenistan rəhbərinə Rusiya dövlətçiliyinin möhkəmlənməsinə və Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə təqdim edilib.

Bundan başqa, Çeçenistan parlamentinin sədri Maqomed Daudov fəal qanunvericilik fəaliyyətinə və vicdanlı fəaliyyətinə görə III dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Əliyar Xəlil
Globalinfo.az