Putindən gözlənilməz ETİRAF: “Təəssüf ki, müharibəni…”

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəni daha əvvəl başlatmadığına görə təəssüfləndiyini bildirib.

Globalinfo.az xəbər verir ki, Putin bu barədə jurnalist Pavel Zarubinə verdiyi müsahibəsində deyib:

“Təəssüf  etdiyimiz yeganə şey odur ki, biz layiqli insanlarla ünsiyyətdə olduğumuza inanırdıq və bu səbəbdən də aktiv fəaliyyətimizə daha əvvəl başlamadıq”.

Kreml rəhbəri qeyd edib ki, ilk mərhələdə Rusiya Donbassdakı münaqişəni dinc yollar və “Minsk razılaşması” ilə həll etməyə çalışıb.

Əliyar Xəlil
Globalinfo.az