“Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş yalnız sülh müqaviləsinin yekunlaşdırılması üçün mümkündür”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin istənilən vaxt Moskvada görüşməyə hazır olduğunu bildirib. Əsas məsələ görüşün məqsədinin olması və ən əsası görüşün məhsuldar keçməsidir”, – deyə diplomat bildirib.
Qeyd edək ki, bundan əvvəl Zelenski Putinlə görüş üçün yer təklif etmişdi.
O, bunun Yaxın Şərqdə, Avropada və ya ABŞ-da baş tuta biləcəyini demişdi.
Ukrayna lideri bildirmişdi ki, hazırda ABŞ və İran arasındakı düşmənçilik səbəbindən Rusiya ilə danışıqlar təxirə salınıb.
Əliyar Xəlil
Globalinfo.az