tramp 09

ABŞ Prezidenti Donald Tramp Rusiyanın İrana mümkün dəstəyi məsələsindən danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırıb.

Ağ Ev rəhbərinə Moskvanın Tehrana hər hansı formada yardım göstərib-göstərmədiyi barədə sual ünvanlanıb.

Tramp isə cavabında belə bir ehtimalı düşünmək üçün əsas görmədiyini deyib.

“Əgər belə bir şey varsa, deməli, onlar öz işlərini çox da yaxşı görmürlər. Çünki hazırda Tehranın addımlarını yaxşı hesab etmək olmaz”, – deyə o əlavə edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: