Rusiya Prezidenti Vladimir Putin gələn həftə Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Qeyd edək ki, Rusiya lideri oktyabrın 17-də ABŞ Prezidenti Donald Trampla danışıqdan sonra Təhlükəsizlik Şurasının daimi üzvləri ilə brifinq keçirmişdi. İclasda Baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu , müdafiə naziri Andrey Belousov, sənaye və ticarət naziri Anton Əlixanov və başqaları iştirak etmişdilər.
Əliyar Xəlil
Globalinfo.az