Putin Ukrayna xalqından bunu istəyir – Pavel

putin 1

“Rusiya və Ukrayna arasında tezliklə atəşkəsin əldə olunması üçün daha çox danışıqlara ehtiyac var”.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu sözləri Çexiya prezidenti Petr Pavel deyib.

O, Ukraynada atəşkəsin tezliklə əldə olunmasının mümkünlüyünə skeptik yanaşdığını bildirib.

Eyni zamanda o qeyd edib ki, Rusiya kütləvi PUA hücumları ilə Ukrayna xalqının hökumətdən istənilən şəraitdə müharibəni dayandırmasını tələb etməsini təmin etməyə çalışır.

Bununla belə, Çexiya prezidenti Rusiyanın planının baş tutmayacağına inanır.