Putin Paşinyanla Qarabağdakı vəziyyəti müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı Qarabağdakı vəziyyət müzakirə olunub.

Tərəflər Ermənistan-Rusiya ikitərəfli gündəliyindəki məsələlərə də toxunublar.