putin 2

“Rusiyanın Ukraynadakı obyektlərə endirdiyi zərbələr ölkədəki hərbi-sənaye müəssisələrinin silahları təkmilləşdirmək imkanlarını məhdudlaşdırır. Bu zərbələr döyüş əməliyyatlarının gedişinə birbaşa və müsbət təsir göstərir”.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Vesti” informasiya xidmətinin müxbiri Pavel Zarubinə müsahibəsi zamanı bildirib.

Putin qeyd edib ki, Kiyev rejimi və onun himayədarları Rusiya üzərində heç bir üstünlük əldə etməyib və heç vaxt əldə etməyəcək.

Rusiya lideri Kiyevin və Qərbin kuratorlarının 40 gün ərzində Rusiyaya məğlubiyyət yaşatmaq cəhdini növbəti avantüra adlandırıb: “Rəqiblər çoxdan Rusiyanı parçalanma həddinə çatdırmaq arzusundadır və bu məqsəddən daim danışırlar. Ukrayna iqtisadiyyatı, o cümlədən ölkənin kənd təsərrüfatı son dərəcə ağır vəziyyətdədir. Ukrayna rusiyalıları qorxutmağa və seçkiləri pozmağa çalışır, Rusiya buna imkan verməyəcək”.

Paylaş: