Putin Kadırovun anasını mükafatlandırdı

 

Rusiya Prezidenti Vladimir Putin Kremlin Yekaterina zalında “xüsusi hərbi əməliyyat qəhrəmanlar”ını Vətən qarşısında xidmətlərinə görə mükafatlandırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Rusiyanın xalq artisti Vladimir Vinokur birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb. İkinci dərəcəli orden “Ədalətli Rusiya” partiyasının rəhbəri Sergey Mironova verilib. “Şərəf” ordeni ilə isə Çeçenistan rəhbəri Ramzan Kadırovun anası, “Əhməd Kadırov adına Regional İctimai Fondun” prezidenti Aymani Kadırova təltif edilib”, – məlumatda deyilir.