zelenski 1

“Rusiya və Ukrayna arasında sülh yolu ilə nizamlanma üzrə danışıqların bərpası prezidentlər deyil, nümayəndə heyətləri səviyyəsində baş tuta bilər”.

Globalinfo.az xəbər verir ki, bunu türkiyəli politoloq, Ankara-Moskva ekspert-analitik şəbəkəsinin aparıcı eksperti Engin Özər RİA Novosti agentliyinə deyib.

“Əsas problemlərdən biri Kiyevin hələ də sülh danışıqlarını qadağan edən qanunu ləğv etməməsidir. Ona görə də Ukrayna Prezidenti Volodimir Zelenskinin mayın 15-də rusiyalı həmkarı Vladimir Putini İstanbula  dəvət etməsi diplomatik manevr kimi qəbul edilir. Belə ki, diplomatik ənənə prezidentlərin və ya eyni rütbəli digər dövlət başçılarının istənilən danışıqların yekun mərhələsində, sənədlərin imzalanmasında iştirakını nəzərdə tutur. Hesab edirəm ki, nümayəndə heyətləri səviyyəsində danışıqlar sülh prosesi üçün faydalı ola bilər”, – deyə Özər bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də rusiyalı həmkarı Vladimir Putini Türkiyədə şəxsən gözləyəcəyini deyib.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: