mari

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinə səfər edib.

Globalinfo.az “Qafqazinfo”ya  istinadən xəbər verir ki, Putin helikopterlə Mariupol şəhərinə gedib.

Putin Mariupolun sahil xəttini və teatr binasını gəzib.

Rusiya Prezidentinə şəhərdə aparılan tikinti və təmir işləri barədə məlumat verib.

Putin Mariupolda Nevski məhəlləsinin sakinləri ilə görüşüb.

Qeyd edək ki, Mariupola səfər Putinin müharibə başlayandan bəri Rusiyanın nəzarətində olan ərazilərə ilk səfəri olub.

320x180 cmsv2 4d3a5a30 a00d 5bdc 94b9 d72d09486df4 7472516 641713494e3fe01fd42bc492 6417148eb57f1521a8c4cd22 9PkTt36jIE6xJ0 FEV1 ew

Paylaş: