meloni makron

İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb.

Məlumata görə, sentyabrın 28-də Avropa İttifaqının qurucu atalarından biri olan Robert Şumanın adı ilə bağlı olan Mets şəhərində “Sülh və birlik naminə Avropanın köklərinə” adlı görüş təşkil olunacaq. Fransanın Müqəddəs Taxt-Tacdakı səfirinin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron bu tədbirə Aİ ölkələrinin bütün liderlərini və birliyin rəhbərliyini dəvət edib.

Bundan əvvəl Avropa KİV-ləri Almaniya kansleri Fridrix Merts, Niderlandın Baş naziri Rob Yetten və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin də dəvətdən imtina etdiyini yazmışdı.(oxu.az)

Paylaş: