Putin Braziliyada keçiriləcək G-20 sammitinə getməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri məlumat yayıb.
Məlumata görə, Putin Braziliyada keçiriləcək G-20 sammitinin işini pozmamaq üçün ora getməyəcək.
“Biz Rusiya ətrafında baş verənləri başa düşürük. Braziliya prezidenti ilə əla dostluq münasibətlərim var. Ona görə də, bu forumun normal fəaliyyətini pozmaq istəmirəm. Çünki biz faktiki olaraq “G-20″nin işini pozacağıq. Bu, heç kimə lazım deyil. Biz yetkin insanlarıq. Moskva Braziliyada keçiriləcək G-20 sammitində Rusiyanın maraqlarını yüksək səviyyədə təmsil edəcək şəxsi göndərəcək.”, – deyə Putin vurğulayıb.
Qeyd edək ki, Braziliya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını müəyyən edən Roma Statutunun iştirakçısı olan ölkələrdən biridir. 2023-cü ilin martında məhkəmə Putin haqqında həbs qərarı çıxarıb. Kreml isə bu orderin Rusiyanın digər ölkələrlə əlaqələrinin inkişafına maneə olmayacağını vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az