“Rusiyanın iki hava hücumundan müdafiə raketi Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsindən bir neçə metr aralıda partlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları zamanı deyib.
“Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb”, – Putin qeyd edib.
Onun sözlərinə görə, AZAL təyyarəsinin qəzasına səbəb ola biləcək amillərdən biri də hadisə zamanı havada Ukraynaya məxsus pilotsuz uçuş aparatının olmasıdır.
Rusiya lideri bildirib ki, faciənin baş verdiyi gün AZAL təyyarəsi ilə eyni vaxtda üç Ukrayna dronu Rusiyanın hava sərhədini keçib.
Əliyar Xəlil
Globalinfo.az