“Pusat Çakır” satıcılıq edir – VİDEO

“Kurtlar Vadisi” serialında Çakırın oğlu Pusat obrazı ilə məşhurlaşan aktyor Görkəm Sevindik Kocaeli şəhər xəstəxanasının  yeməkxanasında satıcılıq edərkən görünüb. 

Globalinfo.az xəbər verir ki, iddialara görə aktyor həmin yeməkxananın sahibidir.

G.Sevindik həmçinin “Söz”, “Ramo”, son olaraq rol aldığı “Ateş kuşlar” serialları ilə izləyicilərin sevgisini qazanıb.

Onun yeməkxanada satışla məşğul olduğu görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ayşən Mustafa
Globalinfo.az