PUA aerodrom yaxınlığını vurdu: partlayış anı – VİDEO

Rusiyanın Kursk şəhərində pilotsuz uçuş aparatı (PUA) ilə aerodrom yaxınlığına zərbə endirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Kursk vilayətinin qubernatoru Roman Starovoyt açıqlayıb.

Məlumata görə, hücum nəticəsində neft çənində güclü yanğın baş verib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.