“Prius” qəza törətdi: tıxac yarandı

Bakı-Sumqayıt yolunda qəza baş verib.

Globalinfo.az xəbər verir ki, paytaxt istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı avtomobil “BMW” markalı digər maşına çırpılıb. Nəticədə yolda tıxac yaranıb.

Hadisə ilə bağlı araşdırma aparılır.